Skip to content Skip to sidebar Skip to footer

Yaradıcı insanlar üçün strateji marketinqlə bağlı dəyərli məsləhətlər

Avropada əsərlərini bütün dünya ilə bölüşmək istəyən kifayət qədər istedadlı sənətkar var. Təəssüf ki, yaradıcı insan olaraq pul qazanmaq həmişə asan deyil. Yaşayış xərclərinin artması ilə insanların lüks mallara olduğu kimi incəsənət məhsullarına da pulu çatmır. Buna görə sənət adamlarının onları rəqiblərdən fərqləndirən və əsərlərini mümkün qədər daha çox alıcıya satma şansı verəcək təsirli bir strateji marketinq planına sahib olması vacibdir. Aşağıdakı bir sıra faydalı məsləhətlər asanlıqla bir marketinq planı qurmağa və onu reallaşdırmağa kömək edəcəkdir.

Problemlərinizi müəyyənləşdirin

Marketinq planı qurarkən atılacaq ilk addım bir sənət adamı kimi qarşınıza çıxan çətinlikləri müəyyənləşdirməkdir. Bu yolla marketinq planında hansı sahələri nəzərə alacağınızı dəqiq biləcəksiniz. Əvvəlcə hansı problemləri həll etmək istədiyinizi, hansı fürsətlərdən istifadə olunmalı və hansı təhdidlərin aradan qaldırılmalı olduğunu özünüzdən soruşun. Fəaliyyət göstərən bir sənət adamı üçün əsas problem, məsələn, ictimai reklamın olmaması ola bilər, ümumi təhlükə isə üslubunuza bənzər sənətkarların çox olması ola bilər. Problemləriniz nə olursa olsun, özünüzə qarşı tamamilə dürüst olmalı və onları əvvəlcədən müəyyənləşdirməlisiniz.

Məqsədlərinizi müəyyən edin

Şəxsi hədəflərinizi müəyyənləşdirmək strateji marketinq planı qurarkən problemlərinizi müəyyənləşdirmək qədər vacibdir. Qısa zamanda saysız-hesabsız azarkeş ordusu qazanmağınıza kömək edəcək böyük bir reklam tryukunuz yoxdursa, qısa və uzunmüddətli hədəflərinizi dəqiq müəyyənləşdirməlisiniz. Məqsədlərinizi müəyyənləşdirdikdən sonra (spesifik, ölçülə bilən, əldə edilə bilən, real, zamana əsaslanan), sənətiniz üçün daha effektiv, fərdi marketinq strategiyası yaratmaq üçün onları problemlərinizlə müqayisə edə bilərsiniz. Məqsədlərin müəyyən edilməsi üzərinizdə lazımsız təzyiq yaranması üçün deyil, motivasiyanızı və məsuliyyətinizi qorumaq üçün gərəklidir.

Strategiyanızı tərtib etməyə başlayın

Problemlərinizi və hədəflərinizi müəyyən etdikdən sonra problemlərinizi aradan qaldırmaq və məqsədlərə çatmağa kömək edəcək marketinq strategiyası hazırlamağa başlaya bilərsiniz. Hədəf bazarınızı yada salın və hansı marketinq kanallarının sizin yaradıcılıq məhsullarınızın satışını ən çox stimullaşdıracağını müəyyənləşdirin. İnformativ və cəlbedici vebsayt sosial şəbəkələrdə də səhifələri ilə birgə çox güclü bir kanal ola bilər. Fəaliyyət yerinizdən və hədəf auditoriyanızdan asılı olaraq incəsənət tədbirlərinin keçirilməsi də çox təsirli marketinq strategiyası ola bilər. Həmçinin, kütləvi informasiya vasitələri kimi daha çox ənənəvi marketinq imkanlarının diqqətlə nəzərdən keçirilməsi də daha geniş hədəf auditoriyasını effektiv əhatə etmək baxımından təsirli bir strategiya ola bilər.

Tələsməyin

Yaşayış minimumunun qazanılması nə qədər vacib olmasına baxmayaraq, sənət əsərlərinin satışının bir az vaxt aparacağını yadda saxlamaq lazımdır. Effektiv marketinq strategiyası ola bilsin sürətli şöhrətə və zənginliyə gətirib çıxarmayacaq, ancaq bu, sürətli satışdan fərqli olaraq uzunmüddətli perspektivdə özünüz üçün güclü bir brend yaratmağa imkan verəcək. Sizin üçün ən uyğun olan marketinq yanaşmasını tapın, onu həyata keçirin və taktikanızı dəyişdirməkdən öncə ona dəyərini sübut etməsi üçün vaxt verin. Elə bir marketinq strategiyası yoxdur ki, hamıya uyğun gəlsin. Sizin kreativliyiniz, məlumatlılığınız və məqsədyönlülüyünüz sənət əsərlərinizin satışına və karyeranıza əhəmiyyətli dərəcədə mütləq təsir göstərəcək.