Skip to content Skip to footer

SEO – NUN MÜSBƏT VƏ MƏNFİLƏRİ

SEO – NUN MƏNFİLƏRİNİ NECƏ MÜSBƏTƏ ÇEVİRMƏK OLAR ?

“Saytınızı birinci yerə çıxaracağıq, trafikinizi artıracağıq , satışları artıracağıq və s”  kimi vədləri ” – bir çox SEO  xidməti göstərən şirkətlər  söz verirlər. Bu həqiqətənmi belədir? Hər hansı bir marketinq prosesi kimi,  SEO da müsbət və mənfi cəhətlərə malikdir. Bunları bilməklə gözlənilən nəticələri verməsi üçün necə optimallaşdırmaq olar?

QEYD: SEO (Search Engine Optimization) – saytların axtarış sistemlərinə görə optimizasiyası üçün görülən veb saytda kompleks işlərdir.

Saytın düzgün SEO optimizasiyası onun 1-ci səhifədə ən yaxşılar kateqoriyasında olacağına və maraqlanan bir auditoriyanıcəlb edəcəyinə zəmanətdir. Tədqiqatdan bir neçə fakt:

İstifadəçi davranışlarının  sıralamaya təsiri  çox böyükdür və bir çoxlu meyarlar buna əsaslanır. SEO optimizasiya olmadan saytınız üçün birinci səhifədə olmayacaq.

SEO-nun müsbət tərəfləri

  1. Sizin xidmət və ya məhsullarla maraqlanan insanlara saytınız görsənir. Məsələn, kimsə tərcümə mərkəzi yazdıqda sizin sayt birinci səhifədə görünür.
  2. Saytınızın dizayn və kontentinin keyfiyyəti yaxşılaşır.
  3. SEO saytınızı auditoriya üçün daha nüfuzlu edir: Daha çox istifadəçi orqanik keçidlərə klikləyir.
  4. Auditoriyanın əhatə dairəsi reklam kampaniyalarındakı göstəricilərdən  qismən geri qalır.
  5. Reklam: Saytınızın blog və ya xəbərlərində məlumatlar olur. Bu da daha çox trafik cəlb edir.
  6. Saytın optimizasiyası  üzrə işlərin müxtəlif mərhələlərində ziyarətçilərin sayı getdikcə artır və ona olan inam artır.
  7. SEO nəticələri Google alqoritmlərinin çıxmasından asılı olaraq uzun müddət davam edir.
  8.  SEO xidmeti üçün çəkilən xərclər Google reklamlarından daha ucuz başa gəlir. Çünki saytınız uzun müddət reklam olmadan belə 1-ci səhifədə görünür.

SEO-nun mənfi cəhətləri

  1. SEO xidmətinin nəticələri daha çox 3-cü aydan başlayaraq görünməyə başlayır.
  2. Saytın ən üst sırada olub olmaması daha çox açar sözlərin çətinliyindən asılı olur. Elə söz var ki, o açar sözə görə 1-ci səhifədə yaxşı yerdə olması üçün 3 ay bəs edir. Elə də açar söz var ki, o açar sözə görə 1-ci səhifədə olması üçün aylar lazımdır. Bundan başqa axtarış sistemləri də alqoritmlərini tez tez dəyişirlər və bu da öz təsirini göstərir.
  3. Siz tək deyilsiniz. Rəqibləriniz rəqabətə qoşulub saytlarını SEO edirlər .
  4. Saytın yuxarıda olmasına , istifadəçilərin saytda özünü necə apardıqları, orada nə qədər qaldıqları, səhifələrə kliklədikləri, formaları doldurub təqdim etdikləri və alış-veriş etdikləri təsir edir.